Pəhriz

Artıq çəki ilə ŞD tip 2 xəstəliyi zamanı rasionun kaloriliyinin azaldılması tövsiyə olunur ki, bədən kütləsi azalsın. Burada sərt məhdudiyyətlərdən deyil (əksinə, sərt pəhrizlər və ac qalma əks-göstərişdir), sağlamlıq üçün faydalı qidalanma üslubunun tədricən formalaşmasından danışılır. Arıqlama üçün heyvan piyləri və şəkərlərini məhdudlaşdırmaq, menyuda kraxmallı məhsulları və zülalları azaltmaq lazımdır. Toxuma ilə zəngin olan tərəvəzləri qeyri-məhdud sayda yemək olar.

Menyunun polidoymamış yağ turşuları ilə tamamlanması tövsiyə edilir: balıq, bitki yağları 7. Yeməklər qaynadılmış, pörtülmüş, qızardılmış, buxarda bişmiş halda hazırlanır. İmkan olduqca qidanı 3-6 qəbula bölmək lazımdır. Duzun sutkalıq istehlakı 5-8 q azaldılmalıdır. İnsulin tətbiq olunduqda karbohidratların miqdarını hesablamaq vacibdir.

Alkoqolun istifadəsi sağlamlıq üçün ziyandır. Şəkərli diabetdə alkoqol içkiləri həmçinin xəstəliyə nəzarəti çətinləşdirə bilər. Diabet fəsadları və həzm patologiyaları olmadıqda kişilər üçün sutkada 2 şərti vahid, qadınlar üçün sutkada 1 şərti vahid maksimum yolverilən dozadır (1 şərti vahid = 15 q etanol və ya 40 q tünd içkilər, və yaxud 140 q çaxır, yaxud da 300 ml pivə).

Şəkər əvəzedicilərin dozalanmış istifadəsinə yol verilir.

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki