ŞD tip 2 bir neçə səbəbdən inkişaf edə bilər. Onun yaranmasının əhəmiyyətli müqəddiməsi, piylənməyə gətirib çıxaran artıq qida və aşağı fiziki aktivlikdir. Daimi qlükoza və lipidlərin toplanmasına görə piy toxumasının insulinə olan həssaslığı azalır. Bunun nəticəsində insulin istehsalı kompensator azalır, onun qanda səviyyəsi artır. Bu öz növbəsində piylərin dağılmasını ləngidir və piylənmə proqressivləşir. Tədricən mədəaltı vəzin beta-hüceyrə ehtiyatları nazilir, insulin çatışmazlığı yaranır.
Bundan başqa, ŞD tip 2-ə irsli meyillik mövcuddur. Ahıl yaşda əzələ və skelet kütləsinin azalması, piylərin toplanması baş verir, üstəlik beta-hüceyrələr tərəfindən insulin sekresiyası pisləşir, bu da qlükozaya tolerantlığın pozulmasına gətirib çıxarır.