Ağırlıq dərəcəsinə görə xəstəlik yüngül, orta və ağır gedişli ola bilər.
Hər hansısa damar fəsadları baş qaldırmadığı halda yüngül gedişdən bəhs edilir. Orta ağır gediş zamanı qan dövranı pozğunluqları və onunla əlaqədar olan orqanın (gözün tor qişasının, böyrəklərin, sinir liflərinin) erkən mərhələdə olan dəyişikliyi əlamətləri olur. Şəkərli diabetin ağır forması orqan və sistemlərin xroniki patologiyası, onların funksiyalarının mühüm pozulması və klinik diabetik sindromların formalaşması ilə xarakterizə olunur: ürək və böyrək çatışmazlığı, insult və infarktdan sonrakı vəziyyət, gözün tor qısası damarlarının patologiyasına görə görmənin itməsi və s.
Hal hazırda şəkərli diabetin ağırlıq dərəcəsi anlayışı diaqnozdan çıxarılır, çünki vəziyyətin ağırlığı şəkərli diabetin özü və ya qanda şəkərin/qlükozanın səviyyəsi ilə deyil, fəsadların (erkən və gec) olması və onların ciddiliyi ilə müəyyən edilir.