Şəkərli diabetin növləri

Şəkərli diabetin birinci və ikinci tipi vardır.

ŞD tip 1-də qeyri-müəyyən səbəblərdən əmələ gələ bilər və ya autoimmun səbəblərdən baş qaldıra bilər, bu zaman müəyyən şərtlərdə öz immun hüceyrələri mədəaltı vəzinin insulin sintezinə cavabdeh olan toxumanı dağıtmağa başlayır. Tip 1-də insulin ifraz edən hüceyrələr (beta-hüceyrələr) tədricən məhv olur, bu fonda sintez olunan insulinin miqdarı azalır.

ŞD tip 2-də insulin sekresiya edən hüceyrələrin sayının özü dəyişmir, lakin insulinin təsirinə və/və ya onun istehsalına toxumaların qeyri-həssaslığı yarana bilər.

Həmçinin konkret səbəbdən yaranan xəstəliyin spesifik növləri mövcuddur: beta-hüceyrələrdə və insulin molekulunda genetik qüsurlar, mədəaltı vəzin qazanılmış xəstəlikləri, kimyəvi maddələrin, dərmanların, infeksiyaların və s. toksiki təsiri.

Ayrıca olaraq qadınlarda hamiləlik fonunda yaranan – hestasion şəkərli diabet qeyd edilir.

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki