Artıq dozada şəkərsalan dərman vasitələrinin tətbiqi, həddən artıq fiziki yük fonunda, uzunmüddətli aclıq vaxtı hikoplikemiya – qanda qlükoza səviyyəsinin aşağı olması vəziyyəti yaranır. Simptomlar: ürəkdöyünmə, titrəmə, güclü aclıq, tərləmə, başgicəllənməsi və huşun itməsi. Təcili qaydada qlükoza səviyyəsini qaldırmaq lazımdır, çünki uzunmüddətli qlükoza çatışmazlığı zamanı huşun itməsi və hətta hipoqlikemik koma yarana bilər.
Uzun müddət ərzində yüksəlmiş qlükoza səviyyəsi xırda və iri damarların strukturunu dəyişir. Xırda damarların zədələnməsinə çox vaxt böyrəklərdə və gözün tor qişasında rast gələk olar. İri damarlarda patoloji dəyişikliklər infarktların, insultların, uzun müddət sağalmayan və ətrafın itməsi ilə nəticələnən xoraların əmələ gəlməsinə səbəb ola bilər.