ŞD tip 1-dən fərqli olaraq ŞD2 uzun müddət ərzində simptomsuz keçə bilər. Xəstələnənlər zəiflik, yorulma kimi qeyri-spesifik şikayətləri bildirə bilər. Bununla əlaqədar olaraq xəstəlik aşağıdakıların müayinəsi zamanı təsadüfi olaraq aşkarlana bilər:
- dərinin göbələk zədələnmələri;
- dəri yaralarının zəif sağalması;
- ayaqlarda ağrı;
- erektil disfunksiya.
20-30% hallarda ŞD2 miokard infarktı, insult, tor qişanın zədələnməsi nəticəsində görmə zəifliyi olan insanlarda aşkarlanır. [1]
Karbohidrat mübadiləsinin pozulmasını aşağıdakı simptomlardan şübhə altına almaq olar:
- yanğı, istifadə edilən mayenin sutkada 3-5 litrədək çoxalması;
- dərinin və selikli qişaların qaşınması;
- sutkalıq sidik miqdarının, eləcə də gecə vaxtı çoxalması;
- bədən çəkisinin səbəbsiz azalması.
Sadalanan simptomların olmaması illik profilaktik müayinədən imtina üçün səbəb deyildir.