Şəkərli diabetin yayılma dərəcəsi

Şəkərli diabet – yayılma dərəcəsi bütün dünyada dayanmadan artan ağır xroniki xəstəlikdir. Hələ 25 il əvvəl dünyada şəkərli diabet xəstələrinin sayı 130 mln insandan çox deyildi; 2019 ildə onların sayı 463 mln qədər artdı, 2040 ilədək isə dünyada şəkərli diabetlə yaşayan insanların ümumi sayı 700 mln insana çata bilər.

ŞD tip 2 ilə yaşayan insanların təxminən yarısı öz xəstəliyi barədə heç nə bilmirlər, bu da onun proqressivləşməsinə və müxtəlif fəsadlara yol açır. Çox vaxt xəstəliyin ilk simptomlarının əmələ gəlməsindən diaqnoz qoyulanadək illər keçə bilər.

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki