ŞD2 yaranmasının əsasında hüceyrə reseptorlarının insulinə qarşı genetik qüsuru dayanır. Bu genetik meyillik əlverişsiz xarici və daxili faktorların (risk faktorlarının) təsiri altında həyata keçir:
- 45 yaş və daha çox;
- artıq bədən çəkisi (BKİ 25 kq/m2 çox)
- qan qohumlarında ŞD2 olması;
- qlükozaya tolerantlığın azalması, anamnezdə acqarına müəyyən edilmiş qanda qlükoza səviyyəsinin artması;
- yanaşı xəstəliklərin olması (arterial hipertenziya, yumurtalıqların polikistozu, ürək-damar sistemin patologiyası);
- anamnezdə hestasion şəkərli diabeti.
ŞD2 yüksək yaranma riski ilə bağlı olan abdominal piylənmədir ki, bu zaman piy daha çox qarın nahiyəsində və daxili orqanların ətrafında yığılır. [3, 4] Piylənmənin ciddilik dərəcəsinin yüksəlməsi, insulinə rezistentliyin güclənməsi, şəkərli diabet tip 2-nin, aterosklerozun, arterial hipertenziyanın, ürəyin işemik xəstəliyinin proqressivləşməsi ilə müşayiət olunur.