ŞD yayılma dərəcəsinin qarşısını almaq üçün karbohidrat mübadiləsinin erkən pozulmalarının diaqnostikası aparılır. Amerika Diabet Assosiasiyası BKİ 25 kq/m2-dən çox olan bütün böyüklərə, əlavə risk faktorlarının istənilən birinə uyğun gələn müntəzən qlikemiya skrininqinin aparılmasını tövsiyə edir.
Normal bədən kütləsi olan insanlara müntəzəm müayinənin 45 yaşından sonra aparılması arzuolunan hesab edilir. Əgər qlükoza mübadiləsi göstəriciləri norma daxilində olarsa, analizləri 3 ildə 1 dəfə təkrarlamaq bəs edir, pozuntuya şübhə olduqda – ildə 1 dəfə və ya daha tez aparılmalıdır.
Şəkərli diabetin diaqnostika həddi – vena qanında acqarına qlükozanın 7 mmol/l səviyyəsində, təsadüfi səviyyənin – 11,1 mmol/l, qlikolizə olunmuş hemoqlobin – 6,5% və daha çox səviyyədə aşkar edilməsidir.