Şəkərli diabet tip 2 aşkarlandıqda nə etməli?

ŞD diaqnozu təsdiqlənərsə, panikaya düşmək lazım deyil. Təbabətin müasir inkişafı bu xəstəliyi uğurla nəzarətdə saxlamağa və həyat keyfiyyətini itirməməyə imkan verir.

  1. Etibar edə biləcəyiniz və şəkərli diabetin müalicəsi və nəzarəti üzrə bütün onun tövsiyələrini yerinə yetirəcəyiniz həkim tapın.
  2. Həyat tərzinizin vəziyyəti yaxşılaşdırmaq üçün dəyişilməsi mümkün olan bütün tərkib hissələrini nəzərdən keçirin: qidanı balanslaşdırmaq, çəkini azaltmaq, fiziki aktivlik əlavə etmək, zərərli vərdişlərlə (tütünçəkmə, alkoqol) vidalaşmaq, mümkün olduğu qədərilə stress vəziyyətlərdən uzaq durmaq. Çox vaxt xəstəliyin geri çəkilməsi üçün bütün bunlar kifayət edir.
  3. Şəkərli diabetin göz, ürək-damar və sinir sistemi, böyrəklər tərəfindən mümkün fəsadlarını qarşısını almaq və ya aşkar etmək üçün müntəzəm müayinədən keçmək.

Qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq üçün fərdi vasitələrin (qlükometrlər) tətbiq edilməsi, innovativ şəkər salan preparatlar, informasiyanın və təlimin xəstələr üçün əlçatanlığı bu xəstəliyi səmərəli nəzarətdə saxlamağa, fəsad riskini xeyli azaltmağa və yüksək həyat keyfiyyətini qoruyub saxlamağa imkan verir.

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki