Şəkərli diabet nəyə görə yaranır

ŞD tip 1 və 2-in yaranma səbəbləri fərqlidir. ŞD1 üçün onlar dəqiq müəyyən edilməmişdir, lakin ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) mütəxəssisləri çox vaxt aşağıdakıları qeyd edir:

  • Virus infeksiyaları: qızılca, su çiçəyi, Koksaki virusu və sairləri.
  • Döşlə əmizdirmə çatışmazlığı.
  • Mədəaltı vəzi hüceyrələrinə anticisimlərin yaranmasına yol açan zülal təbiətli xüsusi maddə ehtiva edən inək südü ilə uşağın erkən bəslənməsi.
  • Genetik faktorlar.

Şəkərli diabet tip 2-nin (ŞD2) yaranmasını stimullaşdıra biləcək faktorlar dəyişilə bilməyən (modifikasiya olunmayan) və təsir edilə biləcək (modifikasiya olunan) faktorlara bölünür.

Birincilərə aid edilir:

  • Genetik meyillik. Əgər uşağın hər iki valideyni ŞD tip 2 xəstəsidirsə, o uşaqda xəstəliyin yaranma ehtimalı 60%-dən 100 %-dək təşkil edir. Əgər valideynlərdən biri xəstədirsə, xəstəliyin yaranma riski 30-80 % qədər azalır.
  • Yaş. ŞD tip 2-in yaranma riski yaş artdıqca çoxalır.
  • Etnik mənsubiyyət: asiyalılar, latın amerikalılar, afrikalılar digər qruplardan daha çox riskə məruz qalırlar.
  • Digər risk qrupları:
    • hamiləlik zamanı artıq bədən kütləsinə malik qadınlar;
    • hamiləlik zamanı karbohidrat mübadiləsinin pozulması olan qadınlar;
    • 4 kq və daha artıq çəkidə uşaq doğmuş qadınlar;
    • özbaşına abort keçirmiş qadınlar, uşaqlarda anadangəlmə qüsurlar və digər fəsadlar.

Xəstəlik ehtimalını azaltmaq üçün təsir edilə biləcək ŞD tip 2-in səkkiz risk faktoru:

  1. Bədən kütləsi.Artıq çəkisi və ya piylənməsi olan insanlarda ŞD tip 2-in yaranma riski normal bədən kütləsi olan insanlardan çoxdur. Xəstəliyin yaranma ehtimalını BKİ (bədən kütlə indeksi) köməyi ilə müəyyən etmək olar. Bunun üçün kiloqramda  kütləni metrlə, kvadratla yazılmış boya bölmək lazımdır. 18,5 -dən 24,9 -dək BKİ normadır.BKİ nə qədər çox olarsa, xəstəlik riski o qədər yüksəkdir. Belə ki, 25 –dən 29,9 –dək BKİ zamanı (artıq çəki) xəstələnmə riski ikiqat artır, 30 -dan 34,9-dək BKİ olduqda, hansı ki 1-ci dərəcəli şəkərli diabetə uyğundur, ŞD tip 2-in həmin yaranma riski artıq 5 dəfə çoxalır. Əgər ona heç olmasa bir modifikasiya olunmamış faktor, məsələn, irsiyyət əlavə edilsə, şəkərli diabetdən yaxa qurtarmaq olduqca çətin olacaq.
  2. Qidalanma.Yüksək kalorilik, böyük miqdarda asan mənimsənilən karbohidratlar və heyvan mənşəli doymuş yağlar, «fast-fud» –müasir rasionun həyat üçün təhlükəyə çevrilən xüsusiyyətləridir. Onlar nəinki şəkərli diabetə, həm də hipertoniyaya, insultlara, infarktlara gətirib çıxara bilər.Məsələn, məlumdur ki, şirin qazlı içkilərin gündəlik qəbulu – ŞD tip 2-in yaranma riskini 83% artırır.
  3. Yetərsiz fiziki aktivlik.RF-da 70% -ə yaxın kişi və 86% -ə yaxın qadın az aktiv həyat tərzi sürür, bu da yetərincə hərəkətdə olan insanlarla müqayisədə xəstəliyin ehtimalını 3 dəfə artırır.
  4. Stress.Xroniki neqativ həyəcanlar karbohidrat mübadiləsinin pozulmasına, və gələcəkdə ŞD 2 səbəb ola bilər.
  5. Tütünçəkmə, aktiv və passiv. 20 il sürən tədqiqat göstərdi ki, prediabet mərhələsi 22% tütünçəkənlərdə və 11,5% tütünçəkməyən insanlarda aşkar edilir. Passiv tütünçəkənlər arasında ŞD ilə xəstələnə biləcək insan, tütünçəkməni atanlardan daha çoxdur.
  6. Аlkoqol.Alkoqoldan sui-istifadədən imtina ŞD 2 yaranma riskini 30% azaldır.
  7. Yuxunun pozulması.Yuxu rejimi pozulduqda qlükoza mübadiləsinin pozulması artıq bir həftədən sonra meydana gələ bilər.
  8. Yanaşı xəstəliklər:arterial hipertoniya, ateroskleroz, piy mübadiləsinin pozulması, yumurtalıqların polikistozu və digərləri.

ŞD tip 2-in yaranma riskini necə azaltmaq olar? 90% hallarda piylənmə, qeyri-düzgün qidalanma və yetərsiz fiziki aktivlik kimi faktorlar ŞD2 yaranmasına görə cavabdeh olur. Onları nəzarətdə saxlamaq lazımdır ki, ŞD tip 2-in yaranma ehtimalı azalsın.

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki