Risk faktorları

Şəkərli diabet – insulinin yetərsiz istehsalı və ya onun səmərəsiz təsiri ilə əlaqədar olaraq qanda qlükoza səviyyəsinin xroniki artması ilə bağlı olan bütöv bir xəstəlik qrupudur. Şəkərli diabetin yaranma riski bir çox faktorlardan asılıdır.

ŞD tip 1 o hallarda ki, mədəaltı vəzi hüceyrələrinin dağılmasına görə insulinin mütləq defisiti yaranır.

ŞD tip 2 zamanı qlükozanın hüceyrələr tərəfindən mənimsənilməsi prosesi pozulur, çünki hüceyrə membranlarının reseptorları insulinin təsirinə həssaslığını itirir və belə deyilən insulinə rezistentlik yaranır. Sonradan mədəaltı vəzi hüceyrələri zədələnir və vəziyyət insulin defisiti ilə ağırlaşır. Mübadilə proseslərinin pozulmaları müxtəlif orqan və sistemlərdə patoloji dəyişikliklərə səbəb olur.

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki