Şəkərli diabet tip 2 (ŞD2) – əsasında insulinə rezistentliyin və xəstəlik irəlilədikcə tədricən mütləq çatışmazlığa keçən insulinin nisbi çatışmazlığının dayandığı karbohidrat mübadiləsinin pozulmasıdır.
İnsulinə rezistentlik dedikdə hüceyrələrin insulinin təsirinə həssaslığı, onlara qlükozanın daxil olmasının kəskin məhdudlaşdırılması, nisbi insulin çatışmazlığı dedikdə isə – yüksək hormon konsentrasiyalarının qanda şəkər səviyyəsini normallaşdırmaq bacarıqsızlığı başa düşülür. Mədəaltı vəzin β-hüceyrələrinin aktiv stimulyasiyası onların tədricən tükənməsinə gətirib çıxarır. Nəticədə insulin sintezi kəskin azalır və ya dayanır, bu da mütləq insulin çatışmazlığına səbəb olur.