Prediabetin xüsusiyyəti – aydın klinik simptomların olmamasıdır. Bu xəstəlik zamanı orqan və toxumalar, diabetdən fərqli olaraq, enerji ilə hələ ki yaxşı təmin olunurlar, buna görə də insan özünü adətən yaxşı hiss edir.
Yalnız hərdən prediabet fonunda səhhətlə bağlı problemlərə işarə edən simptomlar yarana bilər, məsələn:
- əmək qabiliyyətinin azalması;
- yüksək yorğunluq;
- yaraların gec sağalması.
Çox vaxt prediabet olan insanlarda artıq bədən kütləsi, arterial hipertoniya və ya ürək-damar sistemin xəstəlikləri aşkar edilir. Prediabet həmçinin çox vaxt qaraciyərin qeyri-alkoqol piylənmə xəstəliyi, podaqrik artrit fonunda keçir.