Xəstəliyin yaranmasına səbəb olan aparıcı risk faktorları.
Artıq bədən kütləsi, aparıcı risk faktorlarından biri hesab edilir. Bədən kütləsi nə qədər çoxdursa, toxumaların insulinə həssaslığı o qədər aşağıdır. Abdominal piylənmə daha təhlükəlidir, çünki bu zaman artıq piy qarın nahiyəsində cəmləşir. Abdominal piylənmə zamanı bədən kütlə indeksinin artması ilə yanaşı belin çevrəsi kişilərdə 94 sm və qadınlarda 80 sm-dən çox böyüyür2,3.
Balanslaşdırılmamış qidalanma: məlumdur ki, rasion çox miqdarda qırmızı və emal olunmuş ətlə, şəkərlə şirinləşdirilmiş içkilərlə zəngin olduqda prediabet riski artır. Аncaq menyuda meyvə, tərəvəz, qız-fındıq, bütöv dənlər, zeytun yağı üstünlük təşkil edəndə, karbohidrat mübadiləsi riski azalır.
Aşağı fiziki aktivlik — aktiv həyat tərzi zamanı qlükoza müntəzəm olaraq enerji mənbəyi qismində istifadə edilir, toxumaların insulinə həssaslığı isə artır.
Ailənin şəkərli diabet tarixi – əgər ailədə artıq diabet halları olubsa, prediabetin yaranma ehtimalı artır.
Yaş — prediabetin yaranma riski 45 yaşından sonra artır, bu fiziki aktivliyin yaşa uyğun azalması, əzələ kütləsinin kiçilməsi və bədən kütləsinin çoxalması ilə əlaqəli ola bilər. buna baxmayaraq, prediabet istənilən yaşda meydana gələ bilər.
Hamiləlik zamanı (hestasion) şəkərli diabeti keçici ola və doğuşdan sonra həll edilə bilər. Lakin hestasion diabetin tarixi və ya 4,1 kq-dan artıq çəkisi olan uşağın doğulması gələcəkdə prediabetin yaranma ehtimalını artırır.
Polikistozlu yumurtalıqlar sindromu — yumurtalıqların işini pozan endikrinoloji xəstəlikdir. Bu ovulyasiyanın qeyri-müntəzəmliyi və ya olmaması, kişi cinsiyyət hormonlarının (androgenin) hasili, insulin sintezinin çoxalması və digər endokrin dəyişikliklərlə nəticələnir. Bundan başqa, bu xəstəlik zamanı prediabetin yaranma ehtimalı artır.
Yuxuda obstruktiv apnoe sindromu, bu zaman yuxuda tez-tez tənəffüs dayanmaları baş verir. Adətən yuxuda obstruktiv apnoe yüksək xoruldama ilə müşayiət olunur.