Nəzərdən keçirək ki, fəsadların qarşısını almaq, diabetin yaranmasına yol verməmək və qanda qlükoza səviyyəsini normaya salmaq üçün nə etmək olar.
- Rasionu korrektə etmək
Prediabet zamanı pəhriz meyvə, tərəvəz, bütöv dənlərlə zəngin olmalıdır. Rasionda yağların miqdarı azaldılmalıdır. - Fiziki aktiv olmaq
Normal fiziki formanı saxlamaq üçün həftənin günlərinin çox hissəsində gündə 30-60 dəqiqə ərzində mülayim fiziki yük lazımdır (həftədə ən azı 150 dəqiqə). - Bədən kütləsinə nəzarət etmək
Bədən kütləsi yüksək olduqda (bədən kütlə indeksi 25 kq/m2-dən çoxdur) çəkinin azalması üçün, ilk əvvəl balanslaşdırılmış hipokalorili rasion və fiziki aktivliyin artırılması hesabına tədbir görülməlidir. - Tütünçəkmədən imtina etmək
həkim təyin etdiyi halda şəkər salan preparatları qəbul etmək.