Diaqnostika

Prediabetin spesifik əlamətlərinin olmadığına görə,  yüksək risk qrupuna aid olanlara qanda qlükoza səviyyəsinin müntəzəm qiymətləndirilməsinin aparılması olduqca vacibdir.

Müasir tövsiyələrə əsasən, 45 –dən çox yaşda ən azı üç ildə bir dəfə qanda şəkər səviyyəsi yoxlanılmalıdır.

Hər il yoxlanılmalıdır o kəslər ki:

  • piylənməsi var;
  • ailə diabet tarixinə malikdir (valideynləri, doğma qardaş və bacıları);
  • fiziki aktiv deyil və ya az aktivdir;
  • əvvəlki müayinələrin nəticələrinə görə şəkər səviyyəsi yüksəkdir;
  • lipid mübadiləsinin pozulmasından əziyyət çəkir — yüksək sıxlıqda lipoproteidlərin (“yaxşı xolesterin”) səviyyəsi 0,9 mmol/l-dən azdır və/və ya triqliseridlərin səviyyəsi 2,8 mmol/l-dən çoxdur;
  • polikistoz yumurtalıqlar sindromundan, qaraciyərin qeyri-alkoqol piylənmə xəstəliyindən, arterial hipertenziyadan, qara akantozdan əziyyət çəkir.
  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki