Polikistik yumurtalıq sindromunun metabolik aspektlərinin terapevtik variantlarının nəzərdən keçirilməsi

01 Mart 2021 | Məqalələr

Polikistik yumurtalıq sindromu (PYS) qadınlarda reproduktiv dövrdə baş verən ümumi bir endokrin xəstəlikdir. PYS ilə əlaqəli metabolik dəyişiklik insulinə rezistentlikdən ŞD tip 2 yə qədər və Kardiovaskulyar xəstəliklərə qədər dəyişir.Metformin kimi insulinə həssaslığı artıran maddələr PYS-nın metabolik aspektlərini idarə etmək üçün ənənəvi olaraq istifadə olunur, onların isə effektivliyi inkretin və SGLT 2 inhibitorları ilə müqayisədə  çəkinin  və kardiovaskulyar risklərin azalmasında daha azdır.Mövcud farmasevtik inkişaf,potensial terapevtik seçimlər xəstələrə və klinisistlərə daha çox şans verir.İnkretinmimetiklər PYS-nun idarə edilməsində unikal metabolik hədəf terapiyasıdır.Eyni şəkildə bariatrik cərrahiyyə daha az invaziv hala gəldi,çəki azalmada yaxşı nəticələr əldə olundu və  bəzi xəstələrdə metabolik morbidlik azaldı.Buna görə, PYS olan obez qadınlarda cərrahi müdaxilə daha çox edilir.Yeni yaranan müalicə üsulları,o cümlədən, tvinkretinlər, GLP-1 aqonistləri, qlükaqon reseptor antoqonistləri və imeqlemin ŞD tip 2 müalicəsi üçün ümidverici preparatlardır.

PCOS və T2DM arasındakı metabolik və patoloji xüsusiyyətlərin oxşarlığını nəzərə alaraq müxtəlif terapevtik seçimlər, müalicə strategiyamızı genişləndirmək üçün potensial var. Müzakirəmiz polikistik yumurtalıq sindromu 2018 qiymətləndirilməsi və idarə edilməsi üçün beynəlxalq dəlillərə əsaslanan təlimatın tövsiyələrinə uyğun aparılmışdır.


Mohammed Altigani Abdalla , Harshal Deshmukh, Stephen Atkin and Thozhukat Sathyapalan.

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölməyə aid digər məqalələr

Другие статьи по разделу

Jurnallar

Həkimlər

Klinikalar