Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası (AEDTTA) 2011-ci ildən fəaliyyət göstərir. AEDTTA Azərbaycanda Avropa Şəkərli Diabet Öyrənilməsi üzrə Assosiasiya (EASD) kurslarının təşkilat komitəsinə daxildir və artıq 3 dəfə 1000 nəfərdən artıq həkimin iştiraki ilə həmin kursları keçirdmişdir.
Assosiasiyanın əsas məqsədi Azərbaycan Respublikasında şəkərli diabet və digər endokrinoloji xəstəliklərin profilaktikasını, diaqnostikasını və müalicəsini dünya səviyyəsinə çatdırılmasına kömək etməkdən ibarətdir. Assosiasiya il ərzində həkimlərin peşəkarlıq səviyyəsini artırmaq və təkmilləşməsinə şərait yaratmaq məqsədilə müxtəlif kurslar, seminarlar, konfranslar, dəyirmi masa və görüşlər təşkil edir. Bu da həkimlər arasında bilik və təcrübə mübadiləsinə imkan verir. Assosiasiyanın nəzdində “Azərbaycan Metabolizm Jurnalı” çap olunur. Bu elmi jurnalda gənc araşdırmaçılar və həkimlər öz məqalələrini təqdim etməklə dərc etdirə bilirlər.
Hal hazıda da, Covid 19 virus pandemiyası zamanı, AEDTTA öz fəaliyyətini davam etdirir. Hər gün onlayn şəkildə təşkil olunan vebinarla yüzlərlə həkim iştirak edib öz bilik və təcrübələrini artirmaq imkanı qazanırlar.