Gənc yetkin yaşlarda Şəkərli diabet tip 1 diaqnozu ilə yaş və metabolik gediş arasında əlaqə: real həyatda observasion tədqiqat

03 May 2021 | Məqalələr

Məqsəd: Diabet  tip 1 (ŞD1) diaqnozunda daha gənc yaş klinik gedişata və nəticəyə təsir göstərə bilər. Diaqnoz zamanı yaşın glikemik nəzarət və  yetkinlikdə metabolik nəticə ilə əlaqəli olub olmadığını araşdırdıq.

Metodlar: Bu observasion tədqiqatda 105 ŞD1 xəstəsi olan gənc yetkin (orta yaş 21,2±3,0 yaş, orta diaqnoz yaşı 12,0±4,0 yaş) 2012-2019-cu illər ərzində müşahidə olunmuşdur. Qlikohemoqlobin (HbA1c), qlükoza dəyişkənliyi, qlükozanın  davamlı monitorinqi  ölçüləri, bədən kütləsi indeksi (BKI), qan təzyiqi (AT) və bədən tərkibi haqqında məlumatlar 18 yaşından son ziyarətə qədər tibbi qeydlərdən toplanaraq,  diaqnoz zamanı yaşla  nəticələr arasındakı əlaqə qiymətləndirildi.

Nəticə: ŞD1 zamanı yaş HbA1c göstəricisi ilə (r=-0,368, P=0,001), BKİ ilə (r=-0,218, P=0,026), və diastolik AT-lə (r=-0,215, P=0,028) mənfi əlaqəli olub.Diaqnoz qoyulan vaxt daha gənc yaş ŞD1-in davametmə müddəti, cins, sosial-iqtisadi vəziyyət, BKİ, CGM istifadəsindən asılı olaraq, zəif qlikemik nəzarətin olacağını proqnozlaşdırdı. Diaqnoz qoyularkən hər yaş artımı üçün 0,1% daha çox HbA1c azalma oldu (β = -0.090, P = 0.042). <10 yaşında diaqnoz qoyulan qadınların orta metabolik yaşı xronoloji yaşlarından (P = 0.049) daha böyük idi.


Tomer Qoldberq, Avivit Brener, Siqal Levi, Haqar İnterator, İrina Laurian, Anna Dorfman, Efrat Çorna, Asaf Oren, Ori Eyal, Yael Lebental

Diabetes/metabolism Research and Reviews 2020 May 28, : e3356

 

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölməyə aid digər məqalələr

Другие статьи по разделу

Jurnallar

Həkimlər

Klinikalar