ADA 2020: Kiçik etnik qruplarda diabetik pəncənin yara xəstəliklərində iri ətrafların amputasiyasının azalması ilə əlaqədar Medicaid proqramı çərçivəsininin genişlənməsi

03 May 2021 | Məqalələr

14 iyun, 2020-ci il- Medicaid çərçivəsinin genişlənməsi ilə tibbi xidmətin göstərilməsi haqqında qanunun qəbulu kiçik etnik qruplarda pasiyentlər arasında diabetik pəncə yaralarında iri ətrafların amputasiyası tezliyinin azalmasna gətirib çıxartdı.Bu nəticələr Amerikan Diabet Assosiasiyasının 80-ci elmi sessiyası çərçivəsində virtual sessiyada təqdim olundu.Konfrans 12-16 iyun tarixlərində Çikaqoda baş tutmalı idi.Lakin COVİD-19 pandemiyası ilə əlaqədar onlayn-platformaya keçirildi.

“Bu problem ümumi səhiyyənin kifayət qədər ciddi problemi hesab olunur “.-Arizona Universitetinin tibb elmləri doktoru Se-Voy Tan Elsevyer Practice Update -ə müsahibəsində demişdir.”Diabetli şəxslərdə amputasiyaların əsas səbəbi  pəncə yaralarıdır.Afroamerikan, latınamerikan, yerli amerikan kimi irqi və etnik azlıqlarda    ağdərililərə nəzərən diabetik pəncə yaraları və amputasiyalar daha çox rast gəlinir.Bu tədqiqat  Affordable Care Act-ın, yəni  imkansızların və diabetik pəncə yaraları olanların  qayğısı altında  Medicaid əhatənin təsirini başa düşməyə əsas verir ”.

Medicaid proqramı 1965-ci ildə təqdim olunmuşdur, 2010-cu ildə  Obama adminstrasiyası tərəfindən tibbi xidmətin göstərilməsi haqqında qanunun qəbulundan sonra 2014-cü ildən sığorta imkanlarını genişləndirmişdir.

Tədqiqat 2013 -2015-ci illər  19 ştatda aparılmışdır.Xəstələr 2 qrupa ayrılırdı.Birinci qrupa 13 ştatı və Kolumbiya ətrafını əhatə edən ərazilərdə yaşayan Medicaid proqramı çərçivəsində himayəyə götürülmüş xəstələr, ikinci qrupa qalan 7 ştatda  yaşayan xəstələr daxil edilmişdir.

Tədqiqata 20-64 yaş arası 35,406 anamnezində diabetik pəncə yarası olan xəstə cəlb olunmuşdur.

Tədqiqatın nəticələrinə görə işyirakçıların 71,8 %-i Medicaid benefisiarı, onların 49,8%-i himayəyə alınmış ştatlarda yaşayan   qalan 50,2%-i digər ştatlarda yaşayanlar olmuşdur.Onların arasında himayəyəalınmış ərazilərdə yaşayanların 17,3%-ində böyük amputasiya riski, 14,1%-ində kiçik amputasiya riski baş vermişdir.

  • whatsapp
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölməyə aid digər məqalələr

Другие статьи по разделу

Jurnallar

Həkimlər

Klinikalar